Azərbaycan Milli Ensiklopediyası
VII CİLD (DƏRMAN - CƏLİLOV)
    "ELEKTRON PULLAR"

    “ELEKTRÓN PULLAR” – 1) nağdsız hesablaşmaların universal alәti; 2) personalaşdırılmış (şәxsilәndirilmiş) pulların növü; 3) әn yeni texnologiyanın tәtbiqinә әsaslanan depozit tәdavülün mütәrәqqi vә perspektiv üsulu.

    Plastik pul şәklindәki “E.p.” tәrkibinә maqnit zolaq vә ya mikrosxem yerlәşdirilmiş kiçik plastik parçadır. “E.p.”-dan istifadә müştәri, mağaza vә bank üçün bir sıra üstünlüklәr yaradır: kredit vә ya debet kartlarının sahiblәri üzәrlәrindә nağd pul gәzdirmәk zәrurәtindәn azad olurlar; mağazalar vә banklar әlavә xәrclәrini ixtisar edir, nağd vәsaitlәrin saxlanması vә inkassasiyası zamanı risk dәrәcәsini azaldırlar. “E.p.”-ın tәtbiqi dövlәtә dә sәrfәlidir. Çünki nağd pulun tәdavülü ilә bağlı xәrclәr (yeni әsginazların buraxılması, inkassa- siyası, saxlanması, yenidәn sayılması, saxta әsginazlara qarşı tәdbirlәr) azalır; kriminogen vәziyyәtin sәviyyәsini aşağı salmaq üçün şәrait yaranır. Plastik kartın xidmәt müddәtinin kağız pullardan daha çox, yәni 5–10 il olması da әhәmiyyәtli amillәrdәndir.

    Plastik kartların iki әsas növü vardır: kredit vә debet. Kredit kartları alış-veriş üçün xüsusi tәminat olmadan avtomatik yenilәnәn kreditә sahiblik imkanı yaradır. Buna görә dә onlar ödәmәqabiliyyәtli әhali üçün buraxılır. Bu kartlar müvafiq sistemin üzvü olan maliyyә idarәlәrindә
    nağd pul şәklindә kreditin alınması üçün istifadә oluna bilәr.

    Kredit kartlarından fәrqli olaraq debet kartları vә ya nağd vәsaitlәr kartları (aktivlәr kartı) sahibinә onun öhdәlik vә borclarının artırılması әvәzinә maliyyә aktivlәrinin hәcminin birbaşa azaldılması yolu ilә avtomatlaşdırılmış tәdiyә әmәliyyatlarının vasitәsi olaraq xidmәt edir. Hüquqi nöqteyi-nәzәrdәn debet kartı kreditin hәr hansı bir xüsusi әlamәtinә ma- likdirsә (mәs., overdraft – qısamüddәtli kreditlәşmә forması tәqdim etmәk imkanı), o zaman kredit kartına çevrilә bilәr.

    Bankda plastik kartların tәtbiqi iki yolla – bankın öz plastik kartlarını buraxması vә mövcud beynәlxalq, yaxud milli sistemlәrә daxil olması
    yolu ilә hәyata keçirilә bilәr.

    Müştәrilәrin “E.p.”-dan istifadә etmәsi hәm üstünlüklәrә, hәm dә çatışmazlıqlara malikdir. Üstünlüklәrә aiddir: üzәrindә nağd pulun, xüsusilә böyük mәblәğin olması zәrurәti yoxdur; planlaşdırılmayan alış-veriş etmәk olar; mağazadakı tәdavül mәzәnnәsi ilә müştәrinin bankının konvertasiyasına әsasәn әldә etdiyi mәzәnnә arasındakı fәrq hesabına uduşa malikdir; s u r ә t  - ç ı x a r ı ş l a r d a harada, nә zaman vә hansı mәblәğdә alış-veriş edildiyi qeydә alındığına görә ailә büdcәsinә daha optimal nәzarәtә imkan verir; kartı itirәn zaman onu verәn bankı xәbәrdar etmәklә kartdakı bütün hesablaşmalar dayandırılır vә nәticәdә müştәrinin hesabına ziyan dәymir.

    “E.p.”-ın tәtbiqinin çatışmazlıqları da vardır: 1) nağd pullar dәrhal verilir, lakin müәyyәn müddәt әrzindә xәrclәnir. Bu, vәsaitlәrin mәlum bir müddәtdә tәsәrrüfat dövriyyәsindәn çıxarılması demәkdir. Әgәr müştәri orta xәrclәrini hesablayıb mümkün minimal mәblәği ödәyәrәk sonradan artırarsa, onda bu halın da qarşısı alınır; 2) müştәri kart vasitәsilә hәyata keçirdiyi hәr bir transaksiya (alış-veriş, nağdlaşdırma) üçün banka komisyon ödәmәli olur.

    Plastik kartların tәtbiqi satış obyektlәrinә dә müәyyәn qazanc gәtirir. Mağazalar ilk növbәdә daimi müştәrilәr әldә edir, alınan pulların konvertasiyası, mәdaxilin inkassasiyası ilә bağlı qayğılardan azad olur, tәhlükәsizlik mәsәlәlәri daha asan hәll edilir.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
DƏRMAN – CƏLİLOV