ELEKTRÓN TӘHSİL – tәhsil müәssisәsinin vahid informasiya mühitini tәşkil edәn kompleks informasiya sistemi. E.t. prosesinә informasiya texnologiyalarının tәtbiqi müәllim, şagird vә valideynlәrin tәhsilә fәal nüfuz etmәlәrinә, bilik sәviyyәsinә daha keyfiyyәtli nәzarәtә imkan yaradır. Qiymәtlәndirmәni müәllim deyil, test proqramı icra edir. Valideyn şagirdin qiymәtindәn, ev tapşırığından xәbәrdar olur, onun
elektron gündәliyini mәktәb saytı üzәrindәn istәnilәn vaxt izlәyir, mәktәb forumunda cari mәsәlәlәri müzakirә edә bilir vә s.
Azәrb.-da “2008–2012 illәrdә Azәrbaycan Respublikasında Tәhsil sisteminin informasiyalaşdırılması üzrә Dövlәt Proqramı” (10 iyun 2008) çәrçivәsindә E.t. resursları bazasının әsası qoyulmuş, distant tәhsilin inkişafı üzrә tәdbirlәr hәyata keçirilmiş, vahid tәhsil portalı, Elektron tәdris resurslarının qiymәtlәndirilmәsi Şurası yaradılmışdır.