ELEKTRÓN TOPU – müәyyәn forma vә intensivliyi olan elektron dәstәsinin (selinin) yaradılması (formalaşdırılması) üçün qurğu. Elektron mәnbәyi (katod), sürәtlәndirici elektrod (anod), hәmçinin elektrik sahәsinin lazımi şәkildә paylanmasını tәmin edәn digәr elektrodlardan ibarәtdir. E.t. elektrovakuum cihazlarının, elektron mikroskoplarının vә s. әsas hissәlәrindәn biridir. Qeyri-intensiv elektron dәstәsi almaq üçün (mәs., elektron-şüa cihazlarında) E.t. fokuslayıcı elektron linzanı әmәlә gәtirәn elektrodlarla kombinә edilir vә elektron projektoru adlanır. İfrat yüksәktezlikli elektrovakuum cihazlarında intensiv elektron dәstәsi yaradan E.t.-dan istifadә edilir. Oxa simmetrik, lentvarı, boruşәkilli vә s. elektron dәstәlәri yaradan E.t.-ları da mövcuddur.