ELEKTRÓN TUTULMASI – nüvәnin, atomun daxili örtüklәrinin (K, L vә s.) birindәn elektronu spontan zәbt etmәsi vә eyni zamanda elektron neytrinosunu buraxması prosesi. Bu zaman nüvәnin Z yükü (atom nömrәsi) 1 vahid azalır, A kütlә әdәdi isә dәyişmәz qalır:
Beta-parçalanmanın başqa növlәri kimi E.t. da zәif qarşılıqlı tәsirlә şәrtlәnir. Ona görә dә vahid zamanda E.t. (uyğun olaraq yarımparçalanma dövrü) ehtimalı böyüklüyünә görә β+– vә β–– parçalanmalarında olan tәrtibdәdir.
Atomun elektron örtüyündә әmәlә gәlәn vakansiyanı digәr örtüklәrin elektronları doldurur vә nәticәdә xarakteristik rentgen şüasının bir vә ya bir neçә kvantı (yaxud da uyğun oje-elektron) buraxılır. E.t. o zaman mümkün olur ki, X nüvәsinin kütlәsi (enerji vahidlәrindә) Y atomunun kütlәsindәn X atomunda zәbt edilәn elektronun rabitә enerjisinә nisbәtәn böyük olsun. Bu böyüklük 2mc2 = 1,02 MeV-u (m – sükunәtdә olan elektronun kütlәsi, c – işığın sürәtidir) keçәrsә, β+ – parçalanma E.t. ilә rәqabәt aparmağa başlayır. E.t. yapon fiziklәri X. Yukava vә S. Sakata tәrәfindәn 1936 ildә qabaqcadan söylәnilmiş vә 1938 ildә amerikalı fizik L. Alvares tәrәfindәn müşahidә edilmişdir.