Azərbaycan Milli Ensiklopediyası
VII CİLD (DƏRMAN - CƏLİLOV)
    ELEKTRON-DEŞİK MAYESİ

    ELEKTRON-DEŞİK MAYESİ – yarımkeçiricilәrdә qeyri-müvazi elektron-deşik plazmasının kondensasiyaolunmuş halı (bax Bәrk cisimlәr plazması). E.-d.m. yükdaşıyıcıların – keçiricilik elektronlarının vә deşiklәrinin (sәrbәst vә ya eksiton şәklindә) konsentrasiyası temp-rdan asılı olan müәyyәn böhran (nböh.) qiymәti keçdikdә yaranır. Yükdaşıyıcıların injeksiyasının, işıqlandırmanın kömәyi vә s. ilә bu konsentrasiyanı asanlıqla almaq olar. nböh. alındıqdan sonra yükdaşıyıcılar sistemindә qaz-maye keçidinә oxşar faza keçidi baş verir, nәticәdә o, iki fazadan ibarәt laylara: eksiton qazı vә sәrbәst yükdaşıyıcılarla әhatә olunmuş nisbәtәn sıx E.-d.m. damcılarına ayrılır. Bu zaman yarımkeçirici kristalın kristallik quruluşu vә sıxlığı praktiki olaraq dәyişmәz qalır.

    Adi mayelәrdәn fәrqli olaraq E.-d.m.-ndә ağır zәrrәciklәr olmur. Ona görә E.-d.m. güclü kvant xassәlәrinә malikdir: 1) o, kristallaşa bilmir vә әn aşağı temp-rlara qәdәr maye şәklindә qalır (bax Kvant mayesi); 2) o, eksitonlardan vә ya eksiton molekullarından ibarәt molekulyar tipli maye ola bilmәz, maye metala oxşar kvazisәrbәst elektronlardan vә deşiklәrdәn ibarәtdir.

    E.-d.m.-ndә zәrrәciklәri әlaqәlәndirәn Kulon qarşılıqlı tәsir qüvvәsini kristalın dielektrik nüfuzluğu zәiflәdir. Ona görә adi mayelәrә nisbәtәn E.-d.m.-ndә bir zәrrәciyә düşәn ℰ0 rabitә enerjisi vә zәrrәciklәrin n konsentrasiyası azdır (0∼10–2– 10–1 eV, n0∼1017–1019 sm–3). E.-d.m.-nin mövcudluğu mümkün olan T temp-r oblastı: kT ≲ 0,1 ℰ0, T∼10–100 K (k–Boltsman sabitidir).

    Damcının diametri adәtәn ∼ 1–10 mkm olur, lakin xüsusi şәraitlәrdә 1 mm diametrli damcılar da müşahidә edilir. Damcıları kristalda sәsin sürәti tәrtibindәki sürәtlәrә qәdәr sürәtlәndirmәk mümkün- dür. E.-d.m.-sinә hәyәcanlanma enerjisinin kristala daxil edilmiş dayanıqlı makroskopik “laxtası” kimi baxmaq olar. Bu enerji elektronların vә deşiklәrin rekombinasiyası prosesindә qismәn elektromaqnit şüalanması şәklindә ayrılır, bu sәbәbdәn, E.-d.m. işığın intensiv mәnbәyidir. E.-d.m. daha әtraflı şәkildә Ge vә Si-da öyrәnilmişdir, lakin onun digәr yarımkeçiricilәrdә mövcudluğuna dair mәlumatlar da var.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
DƏRMAN – CƏLİLOV