ELEKTRON-FONON QARŞILIQLI TӘSİRİ – bәrk cisimlәrdә yükdaşıyıcıların kristal qәfәsin rәqslәri ilә – fononlarla qarşılıqlı tәsiri. Qәfәsdә yayılması zamanı rәqslәrin periodu dәyişdiyinә görә yükdaşıyıcıların enerjisinin lokal dәyişmәsi baş verir. Bu deformasiya mexanizmi ilә yanaşı, E.-f.q.t.-nin digәr mexanizmlәri dә mümkündür. Mәs., ion kristallarında qәfәs rәqslәri kristalın elementar özәyindә, yükdaşıyıcıların xarakterinә tәsir edәn dәyişәn elektrik dipol momentinin yaranması ilә müşayiәt olunur. Metallarda elektronların vә ionların elektrodinamik qarşılıqlı tәsiri ilә şәrtlәnәn plazma mexanizmi mövcuddur. Pyezoelektriklәrdә qәfәsin deformasiyası E.-f.q.t.-nә әlavә tәsir göstәrәn (bәzi hallarda, mәs., aşağı tezliklәr oblastında üstünlük tәşkil edәn) elektrik sahәsinin yaranması ilә müşayiәt edilir. Böyük dielektrik nüfuzluğuna malik kristallarda E.- f.q.t.-nә elektrostriksiya әhәmiyyәtli dәrәcәdә tәsir göstәrir.
E.-f.q.t. bәrk cisimlәrdә bir sıra spesifik hadisәlәrә sәbәb olur: 1) kristalda elektronun hәrәkәti deformasiya sahәsinin hәrәkәti ilә müşayiәt edilir (bax Polyaron); 2) elektronlar fononlar buraxaraq vә udaraq bir haldan başqa hala keçir; 3) bәzi müstәsna hallarda E.-f.q.t. ifratkeçiriciliyin vә s.-nin yaranmasına sәbәb olur. Akustik– elektron qarşılıqlı tәsiri E.-f.q.t.-nin xüsusi halıdır.