Azərbaycan Milli Ensiklopediyası
VII CİLD (DƏRMAN - CƏLİLOV)
    ELEKTRONİKA

    ELEKTRÓNİKA – elektronların, elәcә dә ionların elektromaqnit sahәlәri ilә qarşılıqlı tәsirinin tәdqiqi (fiziki E.), elektromaqnit enerjisinin çevrilmәsi, әsasәn dә informasiyanın qәbulu, ötürülmәsi, emalı vә saxlanması üçün elektron qurğu vә cihazların yaradılması (texniki E.) üzrә elm. E.-nın yaranması, әsasәn, radionun kәşfi ilә bağlıdır. Belә ki, radioqәbuledicilәrin tәtbiqinin genişlәnmәsi (xüsusilә gәmiçilik vә hәrbi sahәdә) element bazası tәlәb edirdi. Bu bazanın yaradılması vә öyrәnilmәsi ilә E. mәşğul olmağa başladı. İlk nәsil cihazların element bazası elektron lampalar әsasında idi. Bununla әlaqәdar vakuum E.-sı inkişaf etdi. TV vә r a d a r l a r ı n yaradılması vakuum E.-sının inkişafına tәkan verdi. Lakin elektron lampaların ölçülәri böyük vә tәlәb etdiyi güc çox olduğu üçün element bazası kimi diodlar vә tranzistorlar tәtbiq edilmәyә başladı.

    E.-nın sonrakı inkişafı elektron hesablama maşınlarının yaranması ilә әlaqәdardır. Tranzistorlar әsasında qurulan EHM-lәr ölçülәrinin böyüklüyü vә çox güc tәlәb etmәsi, hәmçinin, az etibarlı olması ilә fәrqlәnirdi (detallarının sayı çox olduğuna görә). Bu problemlәrin hәlli mәqsәdi ilә mikroyığımlar, sonralar isә mikrosxemlәr tәtbiq edildi. Mikrosxemin elementlәrinin sayı tәdricәn artdı, inteqral mikrosxemlәr, mikroprosessorlar yaranmağa başladı. İş prinsipindәn asılı olaraq analoq (fasilәsiz) vә rәqәmli (diskret) elektron sxemlәr mövcuddur. Bu sxemlәrdә informasiyanın kodlaşdırılması vә informasiyanın işlәnmәsi proseslәri müxtәlifdir.

    F i z i k i E. yüklü zәrrәciklәrdәki proseslәri öyrәnir. Fiziki E.-nın termoelektron, fotoelektron, ikinci elektron emissiyası, avtoelektron emissiyası hadisәlәrini, sәthi ionlaşma vә ionların bәrk cismin sәthi ilә qarşılıqlı tәsirini öyrәnәn sahәsinә katod E.-sı deyilir. Yarımkeçiricilәrdә yükdaşıyıcıların hәrәkәt qanunlarını yarımkeçiricilәr E.-sı, elektronların yüksәk tezlikli elektrik sahәsindә hәrәkәt qanunlarını isә yüksәk tezlik E.-sı öyrәnir. Elektrik vә maqnit sahәlәri vasitәsilә istiqamәtlәnmiş elektron dәstәlәri almaq vә onu idarә etmәk mәsәlәlәri ilә elektron optikası mәşğul olur. Nәhayәt, qazlarda müxtәlif növ elektrik hadisәlәrindәn bәhs edәn bölmә qaz E.-sı adlanır. Belәliklә, fiziki E.-da elektrovakuum, ion vә yarımkeçirici cihazların işlәmә prinsiplәrinin fiziki әsasları öyrәnilir. T e x n i k i E. elektron cihazlarının hazırlanması, istehsalı vә tәtbiqi ilә mәşğuldur. Әn çox yayılmış cihazlar aşağıdakılardır: elektron lampaları, yarımkeçirici diodlar, tranzistorlar, qazboşalma cihazları, elektron-şüa cihazları, yüksәk tezlik cihazları (klistron, maqnetron, qaçan dalğa lampası vә s.), fotooptik cihazlar (vakuum vә qaz doldurulmuş fotoelementlәr, fotoelektron çoxaldıcıları vә s.).

    E.-nın әsas tәdqiqat obyektlәri aşağıdakılardır: elektronun vә digәr yüklü zәrrәciklәrin elektromaqnit sahәsi ilә qarşılıqlı tәsir qanunlarının öyrәnilmәsi; elektron cihazlarının hazırlanmasında istifadә edilәn enerji çevrilmәlәri – informasiyanın ötürülmәsi, işlәnmәsi vә saxlanması, istehsal proseslәrinin avtomatlaşdırılması, enerji qurğularının hazırlanması, nәzarәtölçü cihazlarının yaradılması vә tәcrübәlәrdә baş verәn hadisәlәrin qarşılıqlı әlaqәsinin aydınlaşdırılması.

    Elektron cihazları zәif siqnallara qarşı yüksәk hәssaslığı rabitә aparatlarında Yerin süni peyklәrindәn alınan mәlumatların verilmәsindә vә kosmik hissәciklәrin parametrlәrinin ölçülmәsi, hesablanması vә s.-dә 10–25 Vt gücündә siqnalları qәbul etmәyә imkan yaradır. Elektron cihazlardan texnikanın bir çox sahәlәrindә istifadә olunur. Ölçü vә kütlәsinin kiçikliyi, etibarlı vә iqtisadi cәhәtdәn әlverişli olması elektron aparatların әsas xüsusiyyәtlәridir. E.-nın sürәtli inkişafı nәticәsindә artıq kvant E.-sı, fotoelektronika, piroelektronika, bioelektronika, infraqırmızı dalğalar texnikası, krioelektronika, maqnitoelektronika vә s. kimi yeni elmi-texniki sahәlәr yaranmışdır. Mәişәt E.-sı elektrik gәrginliyi, elektrik şiddәti, elektrik sahәsi vә ya elektromaqnit dalğalarından istifadә edәn mәişәt elektron cihazı vә qurğularının (mәs., TV, mobil telefon, ütü vә s.) yaradılması ilә mәşğuldur. Sәs-video E. texnikası sәs vә video tәsvirlәrin güclәndirilmәsi vә yaradılması üçündür. Aktiv element kimi mikrosxemlәrin istifadә edilmәsi mikroelektronika aparatlarının etibarlılığını daha da artırır vә istehsalın maya dәyәrini azaldır. Mikroprosessorlar vә ya mәntiqi mikrosxemlәr әsasında qurulan qurğular (mәs., elektron kalkulyator, kompüter, rәqәmli TV, mobil telefon, printer, robot, sәnaye avadanlı- ğının, nәql.-ın idarәetmә paneli vә s. mәişәt vә sәnaye qurğuları) rәqәmli mikroelektronikanın mәhsullarıdır.

    E.-nın nailiyyәtlәri nәticәsindә elmi tәdqiqatların effektivliyi yüksәlir, yeni növ maşın, avadanlıq vә cihazlar (mobil rabitә vasitәlәri, simsiz qurğular, naviqatorlar, kommunikatorlar, planşetlәr vә s.) yaradılır, sәmәrәli texnologiya vә idarәetmә sistemlәri hazırlanır, yeni xassәlәrә malik materiallar alınır, informasiyanın toplanması vә işlәnmәsi proseslәri tәkmillәşdirilir.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
DƏRMAN – CƏLİLOV