Azərbaycan Milli Ensiklopediyası
VII CİLD (DƏRMAN - CƏLİLOV)
    ELEKTRONLARIN VƏ İONLARIN YÜRÜKLÜYÜ

    ELEKTRONLARIN VӘ İONLARIN YÜRÜKLÜYÜ – 1) q a z d a  v ә  a ş a ğ ı t  e m p e r a t u r l u plazmada: elektrik sahәsinin tәsiri nәticәsindә elektronların vә ya ionların aldığı istiqamәtlәnmiş orta hәrәkәt sürәtinin (υ) bu sahәnin intensivliyinә (E) olan nisbәti: μ = υ/E. υ-nin E-dәn asılılığı әsasәn Boltsmanın kinetik tәnliyinin hәlli ilә verilir. Lakin bu tәnliyin yalnız hәlli deyil, hәtta onun dәqiq yazılışı da ionların vә elektronların iştirak etdiyi elementar proseslәrin müxtәlifliyi ilә şәrtlәnәn ciddi çәtinliklәrlә bağlıdır. Bu sәbәbdәn sadәlәşdirici fәrziyyәlәr daxil etmәklә, adәtәn E. vә i.y.-nü nәzәri olaraq tәxmini hesablayırlar. İonların vә elektronların hәrәkәtini müәyyәn edәn elementar proseslәr müxtәlif olduğu üçün onların yürüklüyü (uyğun olaraq μi vә μe) ayrı-ayrı tәdqiq edilir. Elektronların kütlәsi kiçikdir deyә onlar ağır zәrrәciklәrlә
    elastik toqquşma zamanı enerjilәrinin yalnız cüzi hissәsini itirirlәr. Ona görә dә hәtta zәif sahәlәrdә onların orta enerjisi ağır neytral atomların vә molekulların enerjisindәn xeyli çox olur. 
    E. vә i.y.-nü ilk dәfә nәzәri olaraq 1903 ildә fransız fiziki P. Lanjeven tәhlil etmişdir. Sonralar υ-nin E-dәn asılılığının daha ciddi vә mürәkkәb nәzәriyyәsi inkişaf etdirilmişdir.

    E. vә i.y. D diffuziya әmsalı ilә Eynş- teyn düsturu vasitәsilә әlaqәlidir:

                                   D/μ = kT/e,

    burada T – yüklü zәrrәciklәrin mütlәq temp-rudur (fәrz edilir ki, zәrrәciklәr Maksvell paylanmasına tabedir).

    2) M ә h l u l l a r d a ionların yürüklüyü U = Fu, burada F – Faradey sabiti (Faradey әdәdi), u – 1 V/sm intensivlikli elektrik sahәsindә ionun sm/san ilә ölçülәn sürәtidir. U kәmiyyәti ionun tәbiәtindәn vә hәmçinin temp-rdan, dielektrik nüfuzluğundan, özlülükdәn vә mәhlulun konsentrasiyasından asılıdır.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
DƏRMAN – CƏLİLOV