ELEKTRÓN-MEXANİKİ SAAT – vaxtı mexaniki saatlarda olduğu kimi әqrәblәrin (saat, dәqiqә, saniyә әqrәblәrinin) vәziyyәti ilә göstәrәn elektron saat. E.-m.s-da elektron blokla yanaşı, elektron blokda forma- laşan elektrik siqnallarını әqrәblәrin fasilәsiz vә ya sıçrayışlı yerdәyişmәsinә çevirәn çarx sistemi vә sinxron, yaxud addımlı elektrik mühәrriki dә olur. Әksәr E.-m.s.-ların gediş dәqiqliyi sutkada ±2 san-dir.