ELEKTRÓN-ŞÜA ÇEVİRGӘCİ – zәif cәrәyanlı elektrik dövrәlәrini әtalәtsiz çevirmәk üçün elektron-şüa cihazı. İş prinsipi elektron şüasının (elektronlar dәstәsi) vәziyyәtinin idarә edilmәsinә әsaslanır; elektron şüası verilmiş ardıcıllıqla, elektrik vә ya maqnit sahәsi tәrәfindәn elektrodlara (lamellәrә) yönәldilir. Bir-birindәn izolyasiya olunmuş elektrodlar xarici elektrik dövrәsinә birlәşdirilir.