Azərbaycan Milli Ensiklopediyası
VIII CİLD (ENOLLAR - FEDDİN Konstantin Aleksandroviç)
    ƏHMƏDOV Əhməd Baxış oğlu

    ƏHMƏDOV Əhmәd Baxış oğlu (30.1.1900, Bakı ş., Balaxanı k. –27.8.1928) – Azәrb. tarixçisi, ictimai-siyasi vә hәrbi xadim. B.Əhmәdovun oğludur. Eser (1916–17), “Hümmәt” (1919) vә AK(b)P-nın üzvü idi. 1918–19 illәrdә mәtbәәdә korrektor, 1920–21 illәrdә hәrbi komissiya kömәkçisi işlәmiş, 1921–24 illәrdә Azәrb. diviziyasında xidmәt etmişdir (1921–22 illәrdә 1-ci atıcı alayının hәrbi komissarı olmuşdur). 1925–27 illәrdә Azәrb. KP MK yanında Partiya Tarixi İn-tunda (indiki Azәrb. Resp. Prezidenti yanında Dövlәt İdarәçilik Akademiyası) elmi işçi kimi çalışmışdır. Buna baxmayaraq, 1925 ildәn “Müsavat” partiyasının işlәrindә qeyri-leqal fәaliyyәt göstәrmiş, Balaxanıda partiyanın özәyini yaratmışdır. N.Nәrimanov vә T.Şahbazi ilә dostluq münasibәtlәri olmuşdur. Ə. müstәqil Azәrb. uğrunda mübarizә aparmış, V.İ.Leninin siyasәtini tәnqid etmişdir. N.Nәrimanovun Bakıya son gәlişi (1925) zamanı Azәrb.-ın Rusiya tәrkibindә müstәqil siyasәt yeritmәsi haqqında mәsәlә müzakirә olunmuşdu. N. Nәrimanovun ölümündәn sonra, 1926 ilin payızında T.Şahbazinin tәşkil etdiyi iclasda Azәrb. Sosialist Partiyasının yaradılması haqqında mәsәlә qaldırılmış, Ə. (o, yeni yaranacaq hökumәtdә hәrbi nazir vәzifәsini icra etmәli idi) nizamnamәni hazırlamağı üzәrinә götürmüşdü. 1928 il fevralında hәbs edilmiş, yarım ildәn sonra güllәlәnmişdir. 1992 ildә bәraәt almışdır. Ə. bir neçә kitabın müәllifidir. Onun rus dilindә yazılmış “Birinci qurultaya doğru. 1918–1919 illәrdә Azәrbaycanda vәziyyәt vә Azәrbaycan Kommunist Partiyasının yaradılması” әsәri nәşr olunmamış, şәrti olaraq “Ermәni-türk münaqişәsi” adlanan kitabının әlyazması dövrümüzәdәk gәlib çatmamışdır. Ə. hәmçinin qәzetlәr vә “Voennıe vedomosti” jurnalı üçün mәqalәlәr yazmışdır.
    Ə s ә r i: Азербайджанские тюрки в революции 1905 года. Б., 2002. 

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
ENOLLAR – FEDDİN Konstantin Aleksandroviç