ƏHMƏDOV Əlәddin İslam oğlu (25.10.1948, Erm. SSR, Basarkeçәr r-nunun Böyük Mәzrә k. – 21.8.2014, Bakı) – Azәrb. kimyaçı alimi, texn. e.d. (1990), prof. (2005). Azәrb. Dövlәt Un-tini (indiki BDU) bitirmişdir (1970). Azәrb. SSR EA-nın Aşqarlar Kimyası İn-tunda müxtәlif vәzifәlәrdә çalışmış (1973–80), böyük elmi işçi (1980–87) vә laboratoriya müdiri (1987–2014) olmuşdur. Tәdqiqatları neft yağları nın istismar keyfiyyәtlәrini yaxşılaşdıran çoxfunksiyalı polimer aşqarların sintezinә, kimyәvi çevrilmәlәrinә vә sürtkü yağları üçün müxtәlif tәyinatlı aşqarlar kimi öyrәnilmәsinә hәsr edilmişdir. 250-dәk elmi әsәrin müәllifidir. Elmi kadrların hazırlanmasında xidmәti var.