ƏHMƏDOV Əli Mustafa oğlu (d. 25.12.1943, Cәbrayıl r-nunun Əfәndilәr k.) – Azәrb. riyaziyyatçısı, fizika-riyaziyyat e.d. (1994), prof. (1994). Azәrb. Dövlәt Un-tini (indiki BDU) bitirmişdir (1966). 1967–73 illәrdә Kibernetika İn-tunda müxtәlif vәzifәlәrdә çalışmışdır. 1973 ildәn BDU-nun mexanika-riyaziyyat fakültәsinin funksiyalar nәzәriyyәsi vә funksional analiz kafedrasının dosenti, 1995 ildәn prof.-u olmuşdur. 1997 ildәn hәmin kafedranın müdiridir. Elmi fәaliyyәti xәtti operatorlar nәzәriyyәsinin spektral mәsәlәlәrinin tәdqiqinә hәsr edilmişdir. 150-yә qәdәr elmi әsәrin müәllifidir. Elmi kadrların hazırlanmasında xidmәti var.