ƏHMƏDOV Əli Rәcәb oğlu (5.05.1934, Kürdәmir r-nunun Qağacılı k.) – Azәrb torpaqşünası, biol. e.d. (1990), prof. (1991). Azәrb. Dövlәt Un-tini bitirmişdir (1959). Azәrb. SSR EA-nın Torpaqşünaslıq vә Aqrokimya İn-tunda fәhlә (1954–59), hәmin in-tda torpaqların meliorasiyası laboratori yasında kiçik elmi işçi olmuşdur. ADU-nun bitki fiziologiyası kafedrasında kiçik vә baş laborant işlәmişdir (1965–67). 1967 ildәn ADU-da (indiki BDU) müәllimdir. Tәdqiqatları torpaqda yaşayan bakteriya vә göbәlәklәrdәn istifadә yolu ilә yeni tәrkibli üzvi gübrәlәrin әldә edilmәsinә, karbonatlı süxurlardan süni yolla münbit torpaq alınmasına, torpağın biologiya vә ekologiyasına vә s. mәsәlәlәrә hәsr edilmişdir. Elmi kadrların hazırlanmasında xidmәti var.