ƏHMƏDOV Əsәdulla (?–?) – AXC parlamentinin üzvü. Bakı dumasının, sonra isә Azәrb. Milli Şurasının “Azәrbaycan Mәclisi-Mәbusanının tәsisi haqqında qanun”u -na (1918, 19 noyabr) әsasәn parlamentin üzvü olmuşdur. Bakı Müsәlman Xeyriyyә Cәmiyyәtinin idarә heyәtinә seçilmişdir. Ə. “Nәşri-maarif” cәmiyyәtinin tәsisçilәrindәn biri, Müәssislәr Mәclisinin çağırılması üzrә Mәrkәzi Komissiyanın üzvü idi. 1919 ilin oktyabrında “Bitәrәflәr”fraksiyasından “Müsavat” fraksiyasına keçmişdir.