ƏHMƏDOV Faiq Abdulәvvәl oğlu (16.10.1940, Şәki – 16.2.2011, Bakı) – Azәrb. fiziki, fizika-riyaziyyat e.d. (1992), prof. (1994). Azәrb. Dövlәt Un-tini (indiki BDU) bitirmişdir (1962). BDU-nun optika vә molekulyar fizika kafedrasında müxtәlif vәzifәlәrdә çalışmış (1966–93), 1993 ildәn hәmin kafedranın müdiri olmuşdur. Elmi işlәri makromolekulyar sistemlәrdә gedәn relaksasiya proseslәrinin nәzәri tәdqiqinә hәsr olunmuşdur. 90-dan artıq elmi әsәrin müәllifidir.