ƏHMƏDOV Heybәtulla Mabud oğlu (d.9.11.1947, Quba r-nunun Qonaqkәnd qәs.) – avtomobil nәql.-nın istismarı sahәsindә Azәrb. alimi, texnika e.d. (1994), prof. (2006). 1971 ildә Azәrb. Politexnik İn-tunu bitirdikdәn sonra orada tәdris ustası, baş laborant, assistent, dosent, dekan müavini, dekan vәzifәlәrindә işlәmiş; 2012 ildәn kafedra müdiridir. Tәdqiqatları istismar prosesindә avto mobil nәql.-nın hәrәkәtinin tәhlükәsizliyinin tәmini, Böyük İpәk Yolunun bәrpası ilә bağlı d.y. nәql.-n da hәrәkәt sürәtinin yüksәldilmәsi, tәkәrlәrdә vә relslәrdә yaranan qüsurların qatarların dinamiki xüsusiyyәtlәrinә tәsirinin araşdırılması vә lokomotiv dizellәrinin texniki diaqnostikası sahәsindәdir. 200-әdәk elmi әsәrin müәllifidir. Elmi kadrların hazırlanmasında xidmәti var. SSRİ idman ustasıdır.