ELEKTROOFTALMÍYA (elektro…+ oftalmiya) – gözün zәdәlәnmәsi; elektrik vә ya qaz qaynağı, kino çәkilişi vә s. işlәr zamanı ultrabәnövşәyi vә d. şüaların kifayәt qәdәr uzunmüddәtli vә intensiv tәsiri nәticәsindә baş verir. Konyunktivanın hiperemiyası vә şişmәsi, gözlәrin sulanması, gözlәrdә ağrı, işıqdanqorxma, göz qapaqlarının qıc olması ilә özünü büruzә verir. Ağır E. zamanı buynuz qişa zәdәlәnir vә onda nöqtәvi infiltratlar – tutqunlaşma, epiteli sәthinin qopması müşahidә edilir. M ü a l i c ә s i: gözә soyuq kompresin qoyulması, büzüşdürücü mәhlullardan, buynuz qişa epitelisinin bәrpasını sürәtlәndirәn dәrmanlardan (0,5%-li dekspatenol mәhlulu, aktovegin geli, A vitamini, 5%-litiamin mazı) istifadә etmәk. P r o f i l a k -t i k a s ı: xüsusi qoruyucu eynәklәr taxmaq.