ƏHMƏDOV Hәsәn Əbdülәli oğlu (15.12.1906, Yelizavetpol qub. Zәngәzur qәzasının Ağudi k. – 9.7.1981, Bakı) – Azәrb. neftçi-geoloqu. Geologiya-mineralogiya e.d. (1956), prof. (1959), Azәrb. SSR EA-nın akad. (1967; m. üzv, 1962). Neft-Qaz Sәnayesi Elmi-Texniki Cәmiyyәtinin İ.M. Qubkin ad. mükafatı laureatı. 1933 ildә Azәrb. Sәnaye İn-tunu (indiki ADNSU) bitirmişdir. 1933–51 illәrdә “Azәr neft” Birliyinin neft mәdәnlәrindә müxtәlif vәzifәlәrdә çalışmışdır; Azәrb. Elmi Tәdqiqat Neft Geoloji-Kәşfiyyat İn-tunun direktoru (1951–55), Azәrb. Neft İstehsalı üzrә Elmi Tәdqiqat İn-tunun direktor müavini (1955–65), Ümumittifaq Geofiziki Kәşfiyyat Metodları Elmi Tәdqiqat İn-tunun Azәrb. şöbәsinin direktoru (1965–76) olmuşdur. 1965 ildәn ömrünün sonunadәk orada çalışmış, hımin in-tun Azәrb. filialında geoloji-geofiziki tәdqiqatlar laboratoriyasına rәhbәrlik etmişdir. 1951–56 vә 1959–62 illәrdә Azәrb. Sәnaye İn-tunda dәrs demişdir. Ə. Mezozoy-Kaynozoy çöküntülәrinin geol. çökmә şәraitini, ayrı-ayrı stratiqrafik va hidlәrin bituminoloji әsasını, müxtәlif süxurlarda üzvi maddәlәrin yayılmasını vә s. mәsәlәlәri kompleks surәtdә tәdqiq etmişdir. İlk dәfә Qәrbi Abşeronun Miosen çöküntülәrindә kәşfiyyat qazıması aparmağın labüdlüyünü söylәmişdir. Bunun nәticәsindә Qaradağda, Lökbatanın c.-un da, Ceyranbatan depressiyasında yeni neft yataqları açılmışdır. Ə. Yerin dәrin qatlarının geol. quruluşunun öyrәnilmәsi vә Azәrb.-da Mezozoy çöküntülәrinin neft-qazlılıq problemlәri ilә mәşğul olmuşdur. 1964 ildә Hindistanda keçirilәn 22-ci geol. konqresdә çıxış etmişdir. 160 elmi әsәrin, o cümlәdәn 3 monoqrafiyanın müәllifidir. Elmi kadrların hazırlan masında xidmәti var. İki “Şәrәf nişanı” ordeni ilә tәltif olunmuşdur.
Ə s ә r l ә r i: Azәrbaycanın neft vә qaz yataqlarının geologiyası. B., 1972; Оценка нефтепроизводящих свойств мезокайнозойских отложений Азербайджана. Б., 1975 (совм. с А.А. Ализаде и др.).