ƏHMƏDOV Hümeyir Hüseyn oğlu (d.14.8.1958, Bakı) – Azәrb. pedaqoqu, pedaqoji e.d. (2011), prof. (2017). H.M.Əhmәdovun oğludur. Azәrb. Dövlәt Pedaqoji İn-tunu bitirmişdir (1979). Müәllim (1979–83), Azәrb. Elmi Tәdqiqat Pedaqoji Elmlәr İn-tunda (indiki Tәhsil İn-tu) kiçik elmi işçi vә böyük elmi işçi (1987–2000) işlәmiş, 2000 ildәn hәmin in-tun şöbә müdiri vә baş elmi işçisidir. Bakı Qızlar Un-tinin pedaqogika kafedrasının prof.-udur (2013). Tәdqiqatları pedaqogikanın tarixinә vә nәzәri problemlәrinә hәsr edilmişdir. 250-dәn artıq elmi әsәrin, o cümlәdәn bir neçә monoqrafiya, dәrslik vә dәrs vәsaitinin müәllifidir.