ELEKTROSKÓP (elektro… + …skop) – elektrik yüklәrini aşkar edәn vә elektriklәnmә kәmiyyәtini tәqr. ölçәn cihaz. Sadә E. ucunda kürәcik olan metal çubuqdan ibarәtdir; aşağısına iki yüngül metal vәrәq bәrkidilmiş çubuq şüşә balona salınmış vә izolyasiya materialından olan tıxac va sitәsilә bәrkidilmişdir. E.-un kürәciyi elektriklәnmiş cismә toxunduqda vәrәqlәr yüklәnir vә eyni anda itәlәnәrәk bir-birindәn aralanır. Vәrәqlәrin aralanma bucağına görә elektrik yükünün ölçüsü tәyin edilir. Әgәr E. yerlә birlәşdirilmiş metal sağanaq içәrisindә yerlәşdirilәrsә, onda aralanma bucağı kürәciyә toxunan cismin potensialının ölçüsü (yerә nәzәrәn) ola bilәr.