elektrik yüklәrinin yükdaşıyıcılarla mexaniki köçürülmәsi ilә yüksәk sabit gәrginlik (onlarla MVt-a qәdәr) yaradan qurğu. Yüklәrin köçürülmә üsulundan asılı olaraq E.g. sәrt daşıyıcılı (silindr, yaxud disklәr şәklindә); әyilgәn dielektrik lentli (Vande-Qraaf generatoru); toz, yaxud maye transportyorlu vә s. növlәrә ayrılır. E.g.-dan bilavasitә yüksәk gәrginlik mәnbәyi kimi (çox güc tәlәb olunmadıqda), elәcә dә yüklәnmiş zәrrәciklәrin elektrostatik sürәtlәndiricilәrinin (birbaşa tәsirli sürәtlәndiricilәr, injektorlar vә s.) sürәtlәndirici boruları ilә birgә istifadә edilir.