elektrik sahәsinә daxil edilmiş naqillәrdә vә dielektriklәrdә elektrik yüklәrinin yaranması.
N a q i l l ә r d ә xarici elektrik sahәsinin tәsiri altında kvazisәrbәst elektronlar o vaxta qәdәr yerlәrini dәyişirlәr ki, yüklәrin paylanması nәticәsindә naqilin daxilindә yaranan elektrik sahәsi xarici elektrik sahәsini tamamilә kompensasiya edir vә naqilin daxilindәki yekun sahә sıfıra bәrabәr olur. Nәticәdә bütövlükdә neytral olan naqilin ayrı-ayrı hissәlәrindә qiymәtcә bәrabәr әksişarәli induksiya yüklәri әmәlә gәlir.
D i e l e k t r i k l ә r sabit elektrik sahәsindә polyarlaşır: atomların (mole kulların) daxilindә müsbәt vә mәnfi yüklәrin müәyyәn qәdәr sürüşmәsi ya elektrik dipollarının yaranmasına (polyarlaşma), ya da sahә istiqamәtindә elektrik dipol momentinә malik olan molekulların natamam oriyentasiyasına gәtirir. Hәr iki halda di elektrikin elektrik dipol momenti sıfırdan fәrqli olur, dielektrikin sәthindә isә bağlı yüklәr yaranır. Polyarlaşma bircins olmadıqda bağlı yüklәr dielektrikin daxilindә dә әmәlә gәlir. Polyarlaşmış dielektrik xarici sahәnin әksinә yönәlәn vә onu zәiflәdәn elektrostatik sahә yaradır (bax Dielek triklәr).