hәrәkәtsiz yüklәr arasındakı qarşılıqlı tәsiri hәyata keçirәn elektrik sahәsi. Dәyişәn elektrik sahәsi kimi E.s. dә elektrik sahәsinin intensivliyi (E) ilә xarakterizә olunur. E.s. intensivliyinin qüvvә xәtlәri qapalı deyil: onlar müsbәt yüklәrdәn başlayır vә mәnfi yüklәrdә bitir (vә ya sonsuzluğa gedirlәr). Dielektriklәrdә E.s. Qauss teoremini ödәyәn D elektrik induksiya vektoru ilә xarakterizә edilir. E.s. potensialdır, yәni elektrik yükünün iki nöqtә arasındakı hәrәkәti zamanı onun gördüyü iş trayektoriyanın formasından asılı deyil; qapalı yolda görülәn iş sıfıra bәrabәrdir. E.s.-nin potensiallığı sәbәbindәn onu bir skalyar funksiya ilә – φ elektrostatik potensialla xarakterizә etmәk olar. φ ilә E arasında aşağıdakı kimi әlaqә var: E=–qrad φ. φ potensialı Puasson tәnliyini ödәyir. Bircins dielektrikdә E.s. dielektrikin polyarlaşması sәbәbindәn ε dәfә azalır, burada ε – dielektrik nüfuzluğudur. Naqillәrin daxilindә E.s. sıfıra bәrabәr olub, sәthindәki bütün nöqtәlәr eyni bir φ potensialına malikdir. Naqildә boşluq varsa, E.s. onda da sıfıra bәrabәr olur. Elektrik cihazlarının elektrostatik müdafiәsi buna әsaslanır.