ƏHMƏDOV Xanlar Əhmәd oğlu (d.12.6.1946, Bakı) – Azәrb. heykәltәraşı. Azәrb. Resp.-nın xalq rәssamı (2006). Azәrb. Rәssamlıq Mәktәbini (1966) vә Daşkәnd Rәssamlıq İn-tunu (1972) bitirmişdir. Monumental heykәltәraşlıq vә dәzgah heykәltәraşlığı sahәsindә fәaliyyәt göstәrir. Azәrb. Milli Kitabxanasının fasadı üçün M.Ə.Sabirin (be ton, 1988–90, N.Dadaşovla birgә) vә R.Rzanın (beton, 1988–90) heykәllәri monumental işlәrindәndir. M.Hüseynin Qazaxdakı büstünün (tunc, 1982), Ü.Hacıbәyli vә Bülbülün Şuşada büst-abidәlәrinin (tunc, 1984; N.Dadaşovla birgә; Bakıya gәtirilmişdir), hәmçinin S.Rüstә movun (tunc, 1983), memar M.Hüseynovun (tunc, 1997) büst-kompozisiyalarının vә digәr tanınmış şәxsiyyәtlәrin qәbirüstü abidәlәrinin müәllifidir. Yaradıcılığında kiçikformalı heykәltәraşlıq әsәrlәri әhәmiyyәtli yer tutur: “Lәnkәran qadınları” (ağac, 1982, ÜİXTNS-nin bürünc medalı, Moskva), “Leyli vә Mәcnun”, “Tomiris ana”, “Sevgililәr”, “Pәnah xan”, “Ana körpәsi ilә” vә s. fiqurlar, Xocalı faciәsinә hәsr etdiyi kompozisiyalar (fәrdi sәrgi, 1994) vә s. Ümumittifaq vә beynәlxalq sәrgilәrin iştirakçısıdır. Bakıda (1996, 1998, 1999, 2000) fәrdi sәrgilәri keçirilmişdir. Bakı metrosu “Dәrnәgül” st.-nın bәdii tәrtibatını vermişdir (2011). Azәrb. Rәssamlar İttifaqı heykәltәraşlıq bölmәsi nin sәdridir (1987 ildәn). Əsәrlәri müxtәlif ölkәlәrdә (Fransa, Almaniya, Türkiyә, İran, Polşa, Rusiya vә s.) nümayiş etdirilmişdir.
Ящмядов Х. Sяttar Бящлулзадянин bарелйефи
(S.Бящлулзадянин ev-muzeyi, Ямиръан гяс.).