elektrodinamika bölmәsi; sükunәtdә olan elektrik yüklәrinin qarşılıqlı tәsirini (elektrostatik qarşılıqlı tәsir) öyrәnir. Belә qarşılıqlı tәsir elektrostatik sahә vasitәsilә hәyata keçirilir. E.-nın әsas qanunu Kulon qanunudur.
Elektrostatik sahәnin mәnbәyi elektrik yüklәridir. Bu fakt Qauss teoremindә ifadә edilir. Elektrostatik sahә potensialdır, yәni elektrostatik sahә tәrәfindәn yükә tәsir edәn qüvvәlәrin işi yolun formasından asılı
deyil. Elektrostatik sahә aşağıdakı tәnliklәri ödәyir:
div D = 4πρ, rot E =0,
burada D – elektrik induksiya vektoru, E –elektrik sahәsinin intensivliyi, ρ – sәrbәst elektrik yüklәrinin sıxlığıdır. Bi rinci tәnlik Qauss teoreminin diferensial formasını, ikinci isә elektrostatik sahә qüv vәlәrinin
potensial xarakterini göstәrir. Bu tәnliklәrә Maksvell tәnliklәrinin xüsusi halı kimi baxmaq olar.
Naqillәrdәki mәlum yüklәrә vә ya onlardan hәr birinin elektrostatik potensialına әsasәn bu naqillәrin sәthlәrindә yüklәrin paylanmasının tapılması vә hәmçinin naqillәrin yüklәrinә vә potensiallarına әsasәn onların enerji sisteminin hesablanması E.-nın sәciyyәvi mәsәlәlәridir.