ƏHMƏDOV İbrahim Seyfullayeviç (21.5.1927, Qroznı ş. – 10.1.1997, Bakı) – tank qoşunları gen.-m. (1976). Bakı d.y. mәktәbindә oxumuşdur (1941–44). 1944 ildәn sovet ordusu sıralarında xidmәtdә olmuşdur. Kiyev hәrbi tank mәktәbini bitirdikdәn (1948) sonra rota, polk komandirliyindәn batalyon, polk vә diviziya qәrargahının rәisliyinә qәdәr yüksәlmişdir. R.Y.Malinovski ad. Zirehli Tank Qoşunları Akademiyasını (1956), Ali zabitlәr kursunu (1968), M.V.Frunze ad. Hәrbi Akademiya yanında Ali komanda heyәti kursunu bitirmişdir (1969). 1972 ilin yanvar–avqust aylarında Misirdә hәrbi müşavir işlәmişdir. Azәrb. SSR Orduya, Aviasiyaya vә Donanmaya Könüllü Yardım Cәmiyyәti MK-nın sәdri (1972–90), SSRİ OADKYC Rәyasәt Heyәtinin üzvü (1977), Azәrb. SSR Ali Sovetinin (9–10-cu çağırış) deputatı, Qarabağda müharibә gedәn zaman Azәrb. Resp. Müdafiә Nazirliyindә müşavir, baş müşavir, Hәrbi hazırlıq idarәsinin rәisi vә Baş Qәrargah rәisinin müavini idi (1991–93). 1993 ildә hәrbi xidmәtdәn tәrxis edilmiş, ömrünün sonunadәk silahlı qüvvәlәrin Respublika veteranlar şurasında gәnclәrin hәrbi-vәtәnpәrvәrlik tәrbiyәsi ilә mәşğul olmuşdur. Qırmızı Əmәk Bayrağı, Qırmızı Ulduz ordenlәri vә medallarla, hәmçinin 1 xarici ordenlә (Misir) vә 14 xarici medalla (Bolqarıstan, Monqolustan, Kuba vә s.) tәltif edilmişdir.