ƏHMƏDOV İdris Mәcid oğlu [d.1.10.1938, Erm. SSR, Əzizbәyov r-nunun (indiki Vayk r-nu) Qozulca k.] – Azәrb. kimyaçısı, kimya e.d. (1986), prof. (1988). Azәrb. Dövlәt Un-tini bitirmişdir (1961). Azәrb. SSR EA-nın Neft-Kimya Proseslәri İn-tunda işlәmiş (1964–70), Xlor-Üzvi Sintez İn-tunda (indiki Polimer Materialları İn-tu) böyük elmi işçi (1970–74), Polimer Materialları İn-tunda laboratoriya vә şöbә rәhbәri (1974–93), Türkiyә Cümhuriyyәti Orta Doğu Texniki Un-tinin prof.-u (1993–2007) olmuşdur. 2007 ildәn BDU-nun prof.-udur. Əsas tәdqiqatları asimmetrik sintezin yeni üsulunun işlәnib hazırlanmasına, optiki-fәal katalizatorların sintezinә vә onların Dils–Alder reaksiyasında tәtbiqinin öyrәnilmәsinә hәsr edilmişdir. 270-dәn çox elmi әsәrin müәllifidir. Elmi kadrların hazırlanmasında xidmәti var.