sәnayedә istifadә olunan keramik materiallar qrupu (steatit keramika, titan keramikası, pyezoelektrik keramika, elek troçini); lazımi elektrotexniki xassәlәrә – böyük xüsusi elektrik müqavimәtinә (hәcmi vә sәthi), yüksәk elektrik davamlılığına, dielektrik itkilәri nisbәtәn kiçik tangens bucağına malikdir. Әsasәn, teleqraf, telefon rabitә xәtlәri üçün işlәdilәn alçaq gәrginlik izolyatorları vә elektrikötürmә xәtlәri üçün işlәdilәn yüksәk gәrginlik izolyatorların hazırlanmasında istifadә edilir.