ELEKTROTERAPİYA (elektro... + terapiya), e l e k t r i k l ә m ü a l i c ә – elektrik enerjisinin müalicә mәqsәdilә istifadәsi. Elektrik enerjisi toxuma vә hüceyrәlәrdә fiziki, kimyәvi dәyişikliyә, fizioloji prosesin oyanmasına vә inkişafına sәbәb olur. E. üsulları sinir-reflektor vә neyro-humoral yollarla orqanizmdә sinir, ürәk-damar sistemlәrinin, maddәlәr mübadilәsinin, daxili sekresiya vәzilәrinin vә s. funksiyasını tәnzim edir. E. sinir sistemi xәstәliklәrinin müalicәsindә vә s.-dә tәtbiq edilir. E.-nın qalvanizasiya, franklinizasiya, faradizasiya, darsonvalizasiya, diatermiya, induktotermiya, ultrayüksәk tezlikli cәrәyan sahәsi vә s. ilә müalicә üsulları var. Ürәk çatışmazlığı, hamilәlik, qanaxma meyilli xәstәliklәrdә E.-dan istifadә etmәk olmaz.