ELEKTROTERMİYA (elektro… + yun. θἑρμη – isti) – elektrotermik qurğuların layihәlәndirilmәsi, hazırlanması vә istismarını hәyata keçirәn elektrotexnika sahәsi; texnikanın müxtәlif sahәlәrindә (metallurgiyada – elektrometallurgiya; maşın qayırmada – yüksәktezlikli qızdırma, elektrotermik emal vә s. sahәlәrdә) elektrik enerjisinin istilik tәsirindәn istifadәyә әsaslanan texnoloji proseslәr mövcuddur.