Azərbaycan Milli Ensiklopediyası
VII CİLD (DƏRMAN - CƏLİLOV)
    ELEKTROVAKUUM CİHAZLARI

    yüklü zәrrәciklәrin elektrik vә maqnit sahәlәrinin tәsiri altında hәrәkәti ilә әlaqәdar proseslәrә әsaslanan cihazlar. E.c.- nda cәrәya nın keçmәsi yüksәk vakuum, yaxud qaz mühitindә elektron vә ionların elektrodlar arasında hәrәkәti zamanı baş verir. E.c.-ndan radiotexnikada, avtomatikada, kibernetikada, elektron sxemlәrindә, müxtәlif elektrik kәmiyyәtlәrinin çeviri cilәrindә vә s. istifadә edilir. E.c. onlarda gedәn fiziki proseslәrin müxtәlifliyinә, quruluşuna vә tәtbiq sahәsinә görә e l e k t r o n vә i o n cihazlarına ayrılır.
    Elektron cihazlarının iş prinsipi elektrodlararası fәzadakı (boşluqdakı) yüksәk vakuumda sәrbәst elektronların hәrәkәtinә әsaslanır. Elektron cihazlarında qalıq qazının tәzyiqi elә kiçik qiymәtә (100 mkPa-dan az) malik olur ki, cihazda gedәn proseslәrin xarakterinә tәsir göstәrmir. Yüksәk vakuum şәraitindә elektrik sahәsindә hәrәkәt edәn elektronlar işıq sürәtinә yaxın sürәtә malikdirlәr: potensiallar fәrqi 100 kV olan sahәdә elektronların sürәti ~2/3 san-dir; bu zaman onların elektrodlararası fәzada hәrәkәt müddәti 10–10–10–9 san olur. Bu da E.c.-nı ani tәsirli hesab etmәyә imkan verir. Elektron cihazları iş prinsipinә, dәyişәn cәrәyanın tezlik diapazonuna, elektrodlarda ayrılan gücә vә s. әlamәtlәrinә görә elektron lampalarına, fotoelektron, elektron şüa borulu, ifrat yüksәk tezlikli (İYT-li) cihazlara ayrılır.
    E l e k t r o n l a m p a l a r ı n a diod, triod, tetrod, pentod vә s. daxildir. F o t o e l e k t r o n c i h a z l a r ı (vakuum fotoelementlәri, fotoelektron çoxaldıcısı, elektron-optik çevirici) işıq siqnallarını elektrik siqnalına çevirir. Bu cihazlarda elektron mәnbәyi fotokatodlardır. Vakuum fotoelementlәri – xarici fotoeffektdә işıq tәsiri ilә katoddan çıxan elektronlar hesabına yaranan cәrәyanın vakuum aralığından keçmәsinә әsaslanan fotoelektron cihazlardır. Fotoelektron çoxaldıcıları ilә fotokatoddan alınan ilkin elektronlar dinodlar adlanan aralıq elektrodlarda baş verәn ikinci elektron emissiyası hesabına çoxqat güclәndirilir. Elektron-optik çevirici gözlә görünmәyәn tәsvirlәri görünәn tәsvirә çevirmәk vә tәsvirin parlaqlığını artırmaq üçündür. E l e k t r o n - ş ü a b o r u l u c i h a z l a r (EŞBC) üçün xarakterik әlamәt fokuslanmış elektron dәstәsindәn istifadә olunmasıdır. Bu qrupa qәbuledici EŞBC (elektron dәstәsi işıqlandırıcı ekran üzәrinә düşәrәk boruya verilmiş elektrik siqnallarına uyğun gәlәn işıqlı tәsviri verir; bax hәmçinin Elektron-şüa cihazı) vә verici TV boruları (bax Verici televiziya borusu) daxildir. İ Y T - l i c i h a z l a r d a n çox yüksәk tez likli (~107–1011 Hs) elektrik cәrәyanlarını çevirmәk üçün istifadә olunur. İş
    prinsipinә görә bir-birindәn fәrqlәnәn müxtәlif İYT-li cihazlar vardır (klistronlar, maqnetronlar, qaçan dalğa lampası, әksdalğa lampası).
    İon cihazlarında (qazboşalma cihazları) qaz vә ya buxarda baş verәn elektrik boşalması prinsipindәn istifadә edilmişdir. Elektron cihazlarından fәrqli olaraq bu cihazlarda elektrik cәrәyanı elektronlardan başqa cihazın aktiv mühitini tәşkil edәn qaz vә ya buxarın ionları ilә dә daşınır. İon cihazlarına stabilitron, qazotron, tiratron, civә ventillәri vә s. daxildir (bax İon cihazları).

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
DƏRMAN – CƏLİLOV