dartı elektrik mühәrriki vasitәsilә hәrәkәtә gәtirilәn lokomotiv; elektrik mühәrriki elektrik cәrәyanını d.y. dartı yardımçı st. vә kontakt şәbәkәsi vasitәsilә elektrik enerjisi sistemindәn, yaxud özünün akkumulyator batareyasından alır. Dartı elektrik mühәrriki elektrik enerjisini tәkәr cütünün fırlanmasının mexaniki enerjisinә çevirir. E.-un mexaniki hissәsinә ban, araba çәrçivәsi, tәkәr cütü, dartı intiqalı, ressor asqıları,
әylәc aiddir. Elektrik hissәsinә dartı elektrik mühәrrikindәn başqa kömәkçi elektrik maşınları, mühәrriklәri idarә etmәk üçün aparatlar, elektrik dövrәsi qoruyucusu, cәrәyangötürәn qurğular, statik çeviricilәr vә s. daxildir. Xidmәt növünә görә sәrnişin, yük, yük-sәrnişin, manevr vә sәnaye E.-ları olur. Sonunculara yeraltı rels yolları ilә müxtәlif yüklәri daşıyan şaxta E.-ları aiddir. İstifadә edilәn cәrәyanın növündәn asılı olaraq sabit vә dәyişәn cәrәyanla işlәyәn E. növlәri var. Hәm sabit, hәm dә dәyişәn cәrәyan sahәlәrindә işlәmәk üçün ikisistemli E.-lar istehsal edilir. Mәdәn vә karyerlәrdә 1500 V, 550 V, 250 V sabit cәrәyanla vә 10 kV dәyişәn cәrәyanla, hәmçinin akkumulyatorlarla işlәyәn E.-lar da var. Magistral sәrnişin E.-unun sürәti 200 km/saat vә daha artıq, yük E.-unun sürәti 110–120 km/saat-dır. Sabit cәrәyan E.-unun f.i.ә. 86–87%-dir. İlk sınaq E.-u 1879 ildә Almaniyada E.V. Simens tәrәfindәn qurulmuşdur.
6 oxlu sürәtli ЭП20 sәrnişin elektro vozu. “Trans maşxoldinq” (RF) vә “Alstom Transport” (Fransa).