ELÉKTRUM (lat. electrum, yun. ελεκ− τρον – kәhrәba rәngi ilә әlaqәdar) – mineral; sәrbәst qızılın gümüş qarışıqlı növü. Tәrkibindә gümüşün miqdarı 25–50%-dәn çoxdur; cüzi miqdarda mis, dәmir vә digәr elementlәr dә olur. Kubik sinqoniyada kristallaşır. Kristalları nadirdir. Rәngi tәr kibindәki gümüşün miqdarından asılı olaraq qızılı-sarıdan açıq-sarıyadәk dәyişir. Metal parıltılıdır. Sәrtliyi 2–3; sıxlığı 12500–15600 kq/m3. Nadir mineraldır. Hidrotermal yataqlarda kvars, barit, kalsit damarlarında Ag, Pb, Sb-un sulfidlәri vә sulfoduzları vә digәr minerallarla assosiasiyada rast gәlinir. Ural vә Altayda tapılır.
Електрум. Невада штаты (АБШ).