ƏHMƏDOV İlham Namiq Kamal oğlu (d.9.1.1949, Bakı) – Azәrb. aktyoru. Azәrb. Resp. xalq artisti (2002). Azәrb. İncәsәnәt İn-tunu bitirmişdir (1970, A.İsgәndәrov vә R.Tәhmasibin aktyorluq sinfini). Ə. 1971–89 illәrdә Azәrb. Dövlәt Dram Teatrının aktyoru olmuş, komik vә xarakterik rolların ifaçısı kimi tanınmışdır. Əsas rolları: Qubuş, Cәmil, İran şahzadәsi (“Bağlardan gәlәn sәs”, “Unuda bilmirәm”, “Xurşidbanu Natәvan”, İ.Əfәndiyev), Doktor Qaratay (“Afәt”, H.Cavid), Firuz (“Şәhәrin yay günlәri”, Anar), Camal (“Nişanlı qız”, S.Rәhman), Kişi (“Mәnim әrim dәlidir”, Elçin), Hacı Kәrim (“Ölülәr”, C.Mәmmәdquluzadә), Adrian, Donalbayn (“Fırtına”, “Maqbet”, U.Şekspir), Ziyad müәllim (“Yayda qartopu oyunu”, V.Sәmәdoğlu), Bubnov (“Hәyatın dibindә”, M.Qorki), Müsyö Jordan, Mәstәli şah (“Müsyö Jordan vә dәrviş Mәstәli şah”, M.F.Axundzadә) vә s. 1989–93 illәrdә Gәnclәr teatrında fәaliyyәt göstәrmişdir: Mәsuliyyәtsiz (“Çarәsiz sәrnişinlәr”, S. Stratiyev), Dadaşbala (“Dadaşbala әmәliyyatı”, R.Əlizadә), Sultanqulu (“Sultanqulu körpüsü”, İ.Mәlikzadә), Daniel (“Arvadımın qatili”, R.Toman), Kәlәntәr (“Dağ tikirik”, V.Sәmәdoğlu) vә b. 1993–2003 illәrdә özünün yaratdığı “İlham” miniatür teatrının bәdii rәhbәri vә direktoru olmuşdur. Hәmin teatrın repertuarında quruluş verdiyi әsәrlәr: “İlhamın sәrgü zәştlәri” (R.Sәmәndәr), “Don Juan Abşeronski”, “Dünyanın axırı” (R.Əlizadә), “Əl әli yuyar” (Anar) vә s. 1995 ildәn Azәrb. Mәdәniyyәt vә İncәsәnәt Un-tindә pedaqoji fәaliyyәt göstәrir; 1996 ildәn estrada vә musiqili teatr aktyoru kafedrasının müdiridir (2008 ildәn prof.). 2005 ildәn Azәrb. Dövlәt Musiqili Teatrında çalışır. Quruluş verdiyi tamaşalar: “Şeytanın yubileyi” (O.Rәcәbov, A.Babayev), “Amerikalı kürәkәn” (R.Mirişli, M.Haqverdiyev). Rolları: Albadam (“Sevgilimin anası vә yaxud evlәnmә әhvalatı”, G.Xuqayev, bәstәkar E.Mansurov), Adil, Farmazon (“Qarğa, mәndә qoz var”, C.Aslanoğlu vә H.Qurbanov), Mәrcan (“Ər vә arvad”, Ü.Hacıbәyli), Mikayıl (“Qısqanc ürәklәr”, R.Mirişli, M.Haqverdiyev), İbad İbadoviç (“Mәndәyәrәmmin cavana”, F.Sücәddinov, T.Vәliyeva); rus bölmәsindә oynadığı rolu: Domeniko Soriano (“Filumena Marturano”, E.de Filippe, bәstәkar F.Qarayev) vә s. Bir sıra televiziya tamaşalarında [Markiz (“Mehmanxana sahibәsi”, K.Qoldoni); Paşa Paşayeviç (“Evlәri köndәlәn yar”, “Evlәri göydәlәn yar”, Anar); Hüseynağabacı (“Kişilәr”, A.Mәmmәdov); Talıbov (“Göz hәkimi”, İ.Sәfәrli) vә s.] yaddaqalan obrazlar yaratmışdır. Ə. yumoristik monoloqlarla da çıxış edir. Bir sıra filmlәrdә (“Qayınana”, “Qәribә adam”, “Bәyin oğurlanması”, “Musiqi müәllimi” vә s.), “Mozalan” satirik kinojurnalının bәdii süjetlәrindә çәkilmişdir. Azәrb. Dövlәt Opera vә Balet Teatrının dәvәti ilә
Ü.Hacıbәylinin “Arşın mal alan” operettasında Soltan bәy obrazında çıxış etmişdir (2017). Azәrb. Resp.-nın “Şöhrәt” ordeni ilә tәltif edilmişdir (2013).
И.Ящмядов Солтан бяй ролунда (Ц.Ща ъы б я й л и н и н “Аршын мал алан” operettasы).