maddi alәm obyektlәrinin element tәrkibinin vәsfi vә miqdari tәyini. E.a. analitik kimyanın inkişaf tarixindә çox böyük әhәmiyyәt kәsb edir vә hazırda analiz üsulları arasında mühüm yer tutur. E.a.-n inkişafının ilk mәrhәlәsindә elementin tәrkibinin vәsfi tәyini üçün nümunәnin inert vә kimyәvi fәal hәlledicilәrdә hәll olması, qazın ayrılması, qızdırılmaya davamlılıq, rәng dәyişmәsi, faza halı, alovun boyanması, sәciyyәvi kristalların alınması vә s. göstәricilәr istifadә olunurdu. İndi instrumental metodlar – fiziki-kimyәvi analiz metodları vә fiziki analiz metodları üstünlük tәşkil edir. Miqdari E.a. tәdqiq edilәn nümunәnin vә ya onun çevrilmә mәhsulunun tәyin olunan elementin miqdarından asılı olaraq hәr hansı fiziki xassәsinin xarakterik spektral xәtlәrin intensivliyinin, hәr hansı nüvә-fiziki vә ya elektrokimyәvi xarakteristika qiymәtlәrinin vә s. ölçülmәsinә әsaslanır. Miqdari E.a.-n ilk metodları qravimetriya vә titrimetriya olmuşdur. Onlar müasir dövrdә dә dәqiqliyinә görә әksәr hallarda instrumental metodlardan üstün olur. Dәqiqliyә görә qravimetriya vә titrimetriya ilә yalnız kulonometriya vә elektro qravimetriya müqayisә edilә bilәr. Analizin instrumental metodları arasında metriya, spektrofotometriya vә lüminessent analiz, elektoro kimyәvi metodlar kütlә spektrometriya, aktivasiyalı analizin müxtәlif variantları, lokal analiz metodları, sәthi analiz metodları vә s. geniş yayılmışdır. Analiz metodu vә metodikasının seçilmәsindә tәyinetmәnin dәqiqliyinә vә hәssaslığına, elementlәrin aşkar olunma hәddinә, seçicilik vә mәxsusiliyә olan tәlәblәr, hәmçinin analizin dәyәri, personalın ixtisası vә lazımi avadanlıq nәzәrә alınır. Elementlәrin izinin tәyin edilmәsi üçün onlar çox vaxt әvvәlcәdәn qatılaşdırılır. Matris tәrkibi vә elementlәrin analitik siqnallarının bir-birinә qarşılıqlı tәsiri ilә әlaqәdar maneәlәr onların ayrılması ilә azaldılır; lakin instrumental analiz şәraitinin sәmәrәli seçimi vә lazımi proqram-material tәminatın yaradılması hesabına bәzi hallarda maneәlәr (bax Üzvi maddәlәrin analizi) azaldıla bilәr. E.a. ekoloji-analitik vә sanitar-epidemioloji nәzarәt zamanı qida vә yem mәhsulları , metal vә әrintilәr, qeyri-üzvi materiallar, xüsusi tәmiz maddәlәr, polimer materiallar, yarım keçiricilәr, neft mәhsulları vә s. analiz edilәrkәn vә elmi tәdqiqatlar aparılarkәn әhәmiyyәt daşıyır.
Әd.: П е т е р с Д. Х а й е с Дж. И др. Химическое разделение и измерение. Теория и практика аналитической химии. Пер. с англ. кн. 1-2. M., 1978.