ƏHMƏDOV Qadir İba oğlu (12.08.1940, Azәrb. Resp. Şahbuz r-nunun ( Nax. MR) Aşağı Qışlaq k.) – Azәrb. bitki fizioloqu. Biologiya e.d. (1989), prof. (1990). 1966 ildә MDU-nu bitirmişdir. 1970–90 illәrdә ADU-da baş müәllim, dosent vәzifәlәrindә çalışmışdır. 1993 ildәn Türkiyәdә yaşayır, müxtәlif un-tlәrdә pedaqoji fәaliyyәtini davam etdirir. Tәdqiqatları biokimya vә tәbii fizioloji aktiv birlәşmәlәr sahәsindәdir. O, ilk dәfә dәfnә bitkisi yarpağından yeni birlәşmә әldә etmiş vә saflaşdırıldıqdan sonra onun kimyәvi quruluşunu müәyyәnlәşdirmişdir. 100-dәn çox elmi әsәrin mәqalәnin vә üç dәrsliyin müәllifidir.