ELEMENT 106 – süni radioaktiv kimyәvi element; elementlәrin dövri sisteminin VI qrupunda yerlәşir, at.n. 106. Stabil nuklidlәri yoxdur. Kütlә әdәdlәri 259–261, 263, 265, 266 olan 6 izotopu mәlumdur. Daha uzunömürlü 265106 (T1/2 san, α-şüalandırıcı) nuklididir. Atomun xarici elektron tәbәqәsinin konfiqurasiyası (hesablanmış) 5f146d47s2; oksidlәşmә dәrәcәsi +4, +6; 1064+-ün ion radiusu 0,086 nm. E.106 çәki miqdarlarında alınmamış, xassәlәri tәdqiq edilmәmişdir; kimyәvi xassәlәrinә görә (nәzәri hesablanmış) W vә Mo-nin analoqu olmalıdır. E.106 izotopları tsiklotronda Pb, Cf vә ya Cm-un 54Cr, 18O vә ya 22Ne ionları ilә bombardman edilmәsindәn alınır. E.106 ilk dәfә 1974 ildә keçmiş SSRİ-dә Q.N. Flyorov vә әmәkdaşları tәrәfindәn alınmışdır; demәk olar ki, eyni zamanda 263106 izotopunu ABŞ-da Q. Siborq әmәkdaşları ilә sintez etmişdir. 1997 ildә Beynәlxalq Nәzәri vә Tәtbiqi Kimya İttifaqı E.106 üçün siborgium (Q. Siborqun şәrәfinә) adını vә Sg simvolunu tәsdiqlәmişdir.