ƏHMƏDOV Qara Mәmmәd oğlu (30.8. 1928, Qәbәlә r-nunun Çarxana k. – 4.5. 2003, Bakı) – Azәrb. arxeoloqu, tarix e.d. (1972), prof. (1993), AMEA-nın m. üzvü (2001). Azәrb. Dövlәt Un-tini (indiki BDU) bitirmişdir (1949). Azәrb. SSR EA Tarix İn-tunda baş laborant vә kiçik elmi işçi (1952–60), böyük elmi işçi (1960– 74), elmi katib (1961–68) vәzifәlәrindә çalışmış, Arxeologiya vә etnoqrafiya sektorunun müdiri (1974–93) olmuşdur. Azәrb. Dövlәt Un-ti vә Azәrb. Dövlәt Pedaqoji İn-tunda mühazirәlәr oxumuşdur. 1959–68 illәrdә Örәnqala, 1973 ildәn Qәbәlә arxeoloji ekspedisiyalarına rәhbәrlik etmişdir. 100-ә yaxın elmi әsәrin, o cümlәdәn bir neçә monoqrafiyanın müәllifidir. Elmi kadrların hazırlanmasında xidmәti var.
Ə s ә r l ә r i: Azәrbaycanın şirsiz saxsı mәmulatı.B., 1959; Örәnqala (qısa tarixi-arxeoloji oçerk). B., 1962; Orta әsr Beylәqan şәhәri. B., 1979.