ELEMENT 108 – süni radioaktiv kimyәvi element; elementlәrin dövri sistemi- nin VIII qrupunda yerlәşir, at.n.108. Stabil nuklidlәri yoxdur. E. 108-in 264108 vә 265108 (T1/2 2 msan, α-şüalandırıcıdır) nuklidlәri mәlumdur. Atomun xarici elektron tәbәqәsinin konfiqurasiyası (hesablanmış) 5f146d67s2; oksidlәşmә dәrәcәsi +2-dәn +8-ә qәdәr; rә 1085+ -in ion radiusu 0,083 nm. E.108 çәki miqdarlarında alınmamışdır; kimyәvi xassәlәrinә görә Os-a oxşar olmalıdır. E.108-in alınması üzrә ilk tәcrübәlәr 1983–84 illәrdә keçmiş SSRİ-dә aparılmışdır. Bi vә Pb-dan ibarәt hәdәfi sürәtlәndirilmiş 55Mn vә 58Fe ionlarla şüalandırdıqda kütlә әdәdlәri 264 vә ya 265 olan E.108-in parçalanma mәhsulla- rı müşahidә edilmişdir. 265108-in nüvә xassәlәri haqqında etibarlı mәlumatlar 1984 vә 1987 illәrdә AFR-dә 208 Pm-dan olan hәdәfin sürәtlәndirilmiş 58Fe-un ionları ilә şüalandırılmasıyla alınmışdır. Beynәlxalq Nәzәri vә Tәtbiqi Kimya İttifaqı 1997 ildә E108 üçün hassium (Almaniyanın Hessen federal әrazisi şәrәfinә) adını vә Hs simvolu tәsdiq etmişdir.