ELEMENTAR FUNKSİYALAR – çoxhәdlilәr, rasional funksiyalar, üstlü funksiyalar, qüvvәt funksiyaları, loqarifmik funksiyalar, triqonometrik funksiyalar, tәrs triqonometrik funksiyalar, hәmçinin adları çәkilәn funksiyalar üzәrindә dörd hesab әmәlini (toplama, çıxma, vurma, bölmә) vә superpozisiyanı sonlu sayda tәtbiq etmәklә alınan funksiyalar. Bir vә ya bir neçә dәyişәndәn asılı E.f.-a baxılır. E.f.-ın törәmәsi dә E.f.-dır; E.f.-ın tәrs funksiyası vә ibtidai funksiyası E.f. olmaya da bilәr.E.f. sinfinә aid olmayan funksiyaları öyrәnmәk üçün onlar E.f. vasitәsilә sonsuz sıralar, hasillәr, inteqrallar, asimptotik yaxınlaşmalar vә s. şәklindә ifadә edilir.