ƏHMƏDOV Qoşqar Teymur oğlu (24. 10.1917, Gәdәbәy r-nunun Söyüdlü k. – 12.2.1975, Bakı) – Azәrb. riyaziyyatçısı. Fizika-riyaziyyat e.d. (1960), prof. (1961), Azәrb. SSR EA-nın m.üzvü (1969). Azәrb. Dövlәt Un- tini (ADU) bitirmişdir (1941). ADU-da dekan (1951–56; 1970–72), diferensial vә inteqral tәnliklәr kafedrasının müdiri (1958–75) olmuşdur. Böyük Vәtәn müharibәsindә (1941– 45) iştirak etmişdir. Tәdqiqatları diferensial vә inteqral tәnliklәr, optimal idarәetmә, funksional analiz vә s. sahәsindәdir. Nüvәsi parametrdәn asılı olan bir sinif qeyri-xәtti inteqral tәnliyi cırlaşmış nüvәlәr üsulu ilә araşdırmışdır. Zamana nәzәrәn yüksәktәrtibli, törәmәyә görә hәll olunmamış analitik qeyri-xәttiliyi olan diferensial vә inteqrallı diferensial tәnliklәr üçün Koşi mәsәlәsi vә qarışıq mәsәlә hәllәrinin budaqlanmasını, hәmçinin Banax fәzasında diferensial tәnliklәrin analitik nәzәriyyәsinә dair bir sıra mәsәlәni tәdqiq etmişdir. Meyiledәn arqumentli diferensial tәnliklәr vә optimal idarәetmә nәzәriyyәsinә dair işlәri dә var. 100-dәn artıq elmi әsәrin müәllifidir. Yüksәkixtisaslı elmi kadrların hazırlanmasında xidmәti var.