ƏHMƏDOV Mahir Bayram oğlu (d.31. 3.1957, Gәncә ş.) – Azәrb. hüquqşünası, hüquq e.d. (2006), prof. (2009), Azәrb. Resp.-nın әmәkdar müәllimi (2007), polis polkovniki. Moskvadakı P.Lumumba ad. Xalqlar Dostluğu Un-tini (1983) vә SSRİ Daxili İşlәr Nazirliyinin Akademiyasını bitirmişdir (1991). 1984 ildәn daxili işlәr orqanlarında xidmәt edir. Bakı Xüsusi Orta Milis Mәktәbinin tәdris hissәsi üzrә rәis müavini (1991), Azәrb. Resp. DİN-in Polis Akademiyasında tәdris işlәri üzrә akademiya rәisinin I müavini (1992–2001) vәzifәlәrindә çalışmışdır. 2001 ildәn hәmin akademiyanın tәdris vә elmi işlәr üzrә rәis müavinidir. Bir neçә monoqrafiya vә dәrs vәsaitinin müәllifidir.
Əsәrlәri: Критерии истины в процессе познания уголовного закона. Б., 1994; Проблемы охраны конституционных прав и свобод человека и гражданина от преступных посягательств. Б., 2002.