ELEMENTAR RİYAZİYYAT – riyazi analiz meydana gәlәnә qәdәr (17 әsrin 2-ci yarısı) toplanıb sistemә salınmış biliklәr. E.r., әsasәn, hesab vә elementar әdәdlәr nәzәriyyәsini, elementar cәbri, elementar hәndәsәni vә triqonometriyanı әhatә edir. E.r.-da çoxluq, dәyişәn, funksiya vә limit anlayışına ümumilәşmiş şәkildә deyil, ancaq konkret vә xüsusi şәkildә rast gәlmәk olur. Mәs., çevrәnin uzunluğunu tәyin edәrkәn yalnız konkret bir ardıcıllığın limitindәn istifadә edilir. Orta mәktәbdә keçilәn riyazi materiallar E.r.-dan götürülmüşdür. Bununla belә, orta mәktәb riyaziyyatı vә E.r. anlayışları eyni deyildir. E.r.-da olan, lakin mәktәbdә keçilmәyәn (mәs., sferik hәndәsә) vә әksinә, mәktәbdә keçilәn, lakin E.r.-a aid olmayan (mәs., riyazi analizin elementlәri) materiallar da var. E.r.-ın inkişafının yenә dә davam etmәsi vә onda yeni nәticәlәrin alınmasına baxmayaraq, bunlar hәmin mövcud anlayışlar çәrçivәsindә baş verir.