ƏHMƏDOV Mәhәmmәd Aydın oğlu (d. 27.10.1946, indiki Oğuz r-nunun Baş Daşağıl k.) – avtomatlaşdırma sahәsindә Azәrb. alimi, texnika e. d. (1992), prof. (1994). Azәrb. Neft vә Kimya İn-tunu (ANKİ-ni) bitirmişdir (1969). 1971–77 illәrdә Sumqayıt kompressor z-dunda, 1977–80 illәrdә “Neftkimyaavtomat” EİB- dә, 1980 ildәn ANKİ-nin Sumqayıt filialında (indiki Sumqayıt Dövlәt Un-ti) müxtәlif vәzifәlәrdә çalışmış, 2000–09 illәrdә prorektor olmuşdur. 1992 ildәn kafedra müdiridir. Tәdqiqatları çevik istehsal sistemlәrinin, robot-texnoloji komplekslәrin yaradılması, idarә olunması mәsәlәlәrinin nәzәri vә praktiki әsaslarının işlәnilmәsi sahәsindәdir. Beynәlxalq konfranslarda, simpoziumlarda mәruzәlәr ilә çıxış etmişdir. 100-dәn çox elmi әsәrin, o cümlәdәn 1 monoqrafiyanın müәllifidir. Elmi kadrların hazırlanmasında xidmәti var.
Əsәri: Автоматизация моделирования с применением сетей Петри (V.A.Mustafayevlә birlikdә). Б., 2007.