ƏHMƏDOV Mәhәmmәd Nәcәf oğlu (1.7. 1907, Ərdәbil – 31.3.1974, Bakı) – neft emalı texnologiyası sahәsindә Azәrb. alimi, texnika e.n. (1962), SSRİ Dövlәt mükafatı laureatı (1951). Azәrb. Sәnaye İn-tunu (indiki ADNSU) bitirmişdir (1936). Neft emalı z-dunda operator, baş mühәndis, sex rәisi, Sumqayıt kimya z-dunda baş mühәndis (1958–60) işlәmiş, 1960 ildәn ömrünün sonunadәk Azәrb. SSR EA Y.H.Mәmmәdәliyev ad. Neft-Kimya Proseslәri İn-tunda çalışmışdır. Lenin ordeni vә 2 dәfә Qırmızı Əmәk Bayrağı ordeni ilә tәltif edilmişdir.