ƏHMƏDOV Mobil Salman oğlu (10.9. 1931, Gәncә – 3.6.2006, Bakı) – Azәrb. müğәnnisi vә aktyoru. Azәrb. Resp. xalq artisti (2000). Azәrb. Dövlәt Konservatoriyasını bitirmişdir (1960; Bülbülün sinfini). 1954–60 illәrdә Azәrb. Radio vә Televiziyasının solisti olmuşdur; 1961–92 illәrdә Azәrb. Dövlәt Musiqili Komediya Teatrında çıxış etmişdir. Mәlahәtli, yumşaq sәsli Ə.-un ifaçılığı üçün emosionallıq, lirizm sәciyyәvi olmuşdur. Rolları: Əsgәr, Sәrvәr (“Arşın mal alan”, “O olmasın, bu olsun”, Ü.Hacıbәyli), Yetim (“Milyonçunun dilәnçi oğlu”, S.Əlәsgәrov), Ayaz (“Qayınana”, Z.Bağırov), Rövşәn (“Hәyәtim mәnim, hәyatım mәnim”, Ə.Abbasov), Cәsarәt (“Nәnәmin şahlıq quşu”, V.Adıgözәlov), Etibar (“Qızılgül”, S.Hacıbәyov), Kote (“Keto vә Kote”, V.Dolidze), Nadir (“Qızılaxtaranlar”, T.Quliyev), Alay (“Gözün aydın”, F.Əmirov) vә s. Azәrb. bәstәkarlarının (Ü.Hacıbәyli, S.Əlәsgәrov, Ə.Abbasov, T.Quliyev, Q.Hüseynli, R.Mustafayev vә b.) mahnı vә romanslarını da ifa etmişdir. Musiqili Komediya Teatrlarının Ümumittifaq baxışmüsabiqәsinin diplomantı (1968) olmuşdur. Bakı Musiqi Akademiyasında dәrs demişdir (1994 ildәn).