Azərbaycan Milli Ensiklopediyası
VII CİLD (DƏRMAN - CƏLİLOV)
    ELEMENT-ÜZVİ POLİMERLƏR

    ELEMENT-ÜZVİ POLİMERLӘR – makromolekul manqalarında karbohidrogen qrupları ilә yanaşı, qeyri-üzvi fraqmentlәr saxlayan polimerlәr. E.-ü.p. makromolekul zәncirinin kimyәvi tәrkibindәn asılı olaraq üç qrupa ayrılır: üzvi qruplarla әhatәlәnmiş qeyri-üzvi әsas zәncirli (mәs., polialkoksifosfazenlәr); karbon vә digәr elementlәrin növbәlәşmiş atomlarını saxlayan әsas zәncirli (mәs., polikarbosilanlar); element-üzvi qruplarla әhatәlәnmiş üzvi әsas zәncirli (mәs., politrialkilsilil etilenlәr).

    E.-ü.p. aşağıdakı üsullarla alınır: iki (vә ya daha çox) eyni, yaxud müxtәlif funksional qrupları olan birlәşmәlәrin polikondenslәşmәsindәn; ikiqat rabitәyә malik birlәşmәlәrin polimerlәşmәsi vә ya heterotsiklik birlәşmәlәrin, hәmçinin müxtәlif elementlәrin hidridlәrinin miqrasiyalı polimerlәşmәsindәn; birgә polimerlәşmә – polikondenslәşmә reaksiyalarından; polimeranaloji çevrilmәlәrdәn.

    Dövri sistemin bütün qruplarının elementlәrinin polimerlәri mәlumdur; polimerlәr daha çoxsaylı olub mühüm praktiki әhәmiyyәtә malikdirlәr. Si (bax Silisium-üzvi polimerlәr), B (bax Bor-üzvi polimerlәr) vә P (bax Fosfor-üzvi polimerlәr) olan polimerlәr әn çoxsaylıdır vә praktik cәhәtdәn әhәmiyyәtlidir. Al vә Sn tәrkibli polimerlәr, hәmçinin koordinasiyalı polimerlәr yaxşı öyrәnilmişdir. Al polimerlәrindәn әsas zәncirindә poliüzvialümoksanlar, polialümoüzvisiloksanlar vә polialümoüzvifosfinatlar әn әhәmiyyәtlilәridir. Onlar odadavamlı (600°C-ә qәdәr) örtük әmәlә gәtirәn lakların hazırlanmasında geniş tәtbiq edilir.

    Sn polimerlәri arasında polidialkil(aril)-stanillenlәr, poliüzvistannoksanlar, әsas zәncirindә Sn atomlarından başqa Ge vә Pb atomları olan polimerlәr, hәmçinin yan zәncirindә Sn atomu olan polimerlәr öyrәnilmişdir.

    Hәmin E.-ü.p. әsasәn müxtәlif sinif polimerlәrin stabilizatorları vә xüsusi lak-boya örtüklәri әmәlәgәtirәn boyaların komponentlәri kimi istifadә olunur.

    Müxtәlif koordinasiyalı polimerlәrin tәrkibinә Fe, Co, Ni, Cu, Be, Mn vә Zn daxildir, onların xassәlәri liqand vә metalların kimyәvi tәbiәti ilә müәyyәn edilir. Әrimәyәn vә hәllolmayan polimerlәrdәn fәrqli olaraq polimer zәncirindә metal-karbonil fraqmenti saxlayan polimer komplekslәr üzvi hәlledicilәrdә hәll olur, möhkәm, şәffaf, nazik tәbәqә (plyonka) vә şüşә, elәcә dә metallarla yüksәk adgeziyası olan örtüklәr әmәlә gәtirir. Belә örtüklәr termiki işlәnildikdә strukturlaşır vә möhkәmlәnir.

    E.-ü.p. xüsusi xassәlәrә malik olan, müxtәlif E-ü.p arasında istiliyәdavamlı, yüksәk elektrikkeçirici vә yarımkeçirici xassәli vә bioloji fәal polimerlәr, yüksәk bәrklik vә elastikliyә malik maddәlәr vә s. vardır.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
DƏRMAN – CƏLİLOV