ELERÓN (fr. aileron, aile – qanad) – tәyyarә qanadının arxa kәnarı boyunca yerlәşәn mütәhәrrik hissә; uçuş aparatını kren üzrә (sol vә sağ E.-ların әks tәrәflәrә – yuxarı, yaxud aşağı tәrәflәrә eyni vaxtda әyilmәsi) idarә etmәk üçündür. E.-un konstruksiyası tәyyarә qanadının konstruksiyasına uyğundur. Eninә kәsikdәki görünüşünә görә normal, yarıqlı vә asılan E. növlәrinә ayrılır.