Azərbaycan Milli Ensiklopediyası
VII CİLD (DƏRMAN - CƏLİLOV)
    ELEVATOR

    ELEVÁTOR (lat. elevator; elevo – qaldırıram) – 1) sәpәlәnәn, әdәdi vә dәnәvәr materialları şaquli vә maili (60–90° bucaq altında) vәziyyәtdә fasilәsiz nәql edәn qurğu. Dәnәvәr vә sәpәlәnәn yüklәr çalovlu, әdәdi yüklәr isә lәmәli vә ya çanaqlı E.-la nәql edilir. E. yüklәrin nәqli istiqamәtinә (şaquli vә maili E.-lar); dartma orqanının tipinә (lentli, zәncirli); hәrәkәt sürәtinә; çanaqların vә ya çalovların yerlәşmәsinә görә tәsnif olunur. Çalovlu E. maşınqayırma, kimya, metallurgiya, yeyinti sәnayesi, kömür zәnginlәşdirmә f-klәri vә taxıl anbarlarında sәpәlәnәn yüklәrin, lәmәli vә çanaqlı E. isә sәnayenin müxtәlif sahәlәrindә, bazalarda, mağazalarda vә s. yerlәrdә әdәdi yüklәrin nәqli üçün tәtbiq edilir.

    Mәdәn sәnayesindә E. xırda vә irikәsәkli, dәnәvәr vә sәpәlәnәn yüklәrin şaxtaların sәthinә vә zәnginlәşdirmә f-klәrinә mәrtәbәarası nәqli üçün istifadә olunur. Çalovlu E.-ların ilk nümunәlәri Mesopotamiya vә Qәdim Misirdә tәtbiq edilәn çoxçalovlu suqaldırıcılar idi. 19 әsrdә ABŞ vә Avropada sәnaye şәraitindә sәpәlәnәn yüklәrin nәqli üçün E.-dan istifadә edilmәyә başlandı. E.-un konstruksiyasına nәql. tutumları bәrkidilmiş dartma orqanı (iki zәncir vә ya lent) daxildir. Sonsuz dartma orqanı metal konstruksiyaya bәrkidilmiş intiqal (ötürücü) vә dartma ulduzlarına, yaxud barabanlara dolanıb keçir. E.-un tutumlarının doldurulması onun aşağı hissәsindә yerinә yetirilir. Tutumlar yuxarıdakı ulduzlardan vә ya barabandan keçәrkәn boşaldılır; bu zaman yük, boşaltma borusuna verilir vә daha sonra isә bunkerә vә ya digәr nәql. vasitәlәrinә daxil olur. 2) Neft quyularının yeraltı tәmirindә boru vә ştanqları quyuya endirәrkәn onları tutan polad xamıt. Qazıma borularını tutma vә saxlama növündәn asılı olaraq müxtәlif E.-lar olur: borunu tutub daşıyan E., mufta kimi tutan E., ayrı-ayrı şamları vә bütöv mexanizmlә birlәşdirәn E.-s p a y d e r. E.-spayder gövdә vә qapılardan ibarәtdir. Bu hissәlәr iki barmaq vasitәsilә birlәşir. Gövdәnin konuslu sәthinin daxilindә pazların quraşdırılması (paz tutmasına imkan verir) üçün dairәvi qabırğalar (tillәr) yerlәşir. E.- spayderin gövdәsi, pazlar, qapılar molibden, xrom vә nikel әlavәli tökmә legirlәnmiş poladdan hazırlanır. E.-spayderin dәyişdirilәn yumruqcuqları vә paftaları olduğundan müxtәlif diametrli borularla işlәmәyә imkan verir. Aşağıya hәrәkәt edәrkәn spayderin paftaları tutulan borunun ağırlığı altında irәliyә vә ya tutulan sәthin içәrisinә hәrәkәt etdiyindәn borunu bәrk sıxır vә sürüşmәnin qarşısını alır. 3) Sәpәlәnәn yüklәri (әksәr hallarda dәni) qәbul etmәk, saxlamaq, kondisiya halına çatdırmaq, çәkmәk vә lazımi yerә vermәk üçün tikili. Hәmin mәqsәdlә mexaniki kürәk, konveyer, separator, avtotәrәzi, aspiratorlar vә s.-dәn istifadә edilir. E. monolit vә ya yığma dәmir-beton, yaxud metal tutumların (silosların) birlәşmәsindәn ibarәtdir; adәtәn hünd. 40 m; planda dairәvi (diametri 6–7 m, bәzәn 30 m-әdәk), hәmçinin kvadrat (sahәsi 9 m2) olur. Siloslardan әlavә E.-un tәrkibinә işçi bina (qüllә), quruducular, müxtәlif növ nәql.-dan boşaldılıb yığılan dәnlәr üçün tikililәr, birlәşdirici konveyer qalereyaları vә estakadalar daxildir. İşçi qüllәdә (hünd. 70 m-әdәk) dәnin tәmizlәnmәsi, çeşidlәnmәsi, ölçülmәsi üçün әsas maşın vә mexanizmlәr yerlәşir. Qüllәdә quraşdırılmış çanaqlı qaldırıcı (mәhsuldarlığı saatda 1000 t-adәk) bütün nәql. növlәrindәn vә siloslardan dәni qәbul edir, 60 m-dәk hünd.-yә qaldırır. Buradan dәn öz axını ilә borularla vә konveyerlәrlә ölçülmәyә, qurudulmağa, tәmizlәnmәyә, çeşidlәnmәyә, hәmçinin bunkerlәrә yüklәnmәyә, ventilyasiya vә dezinfeksiya olunmağa paylaşdırılır. Saxlanmaq üçün hazırlanmış dәn kütlәsi siloslara göndәrilir. Müasir E.-lar isә adәtәn, avtomobil, d.-y. qәbuledici-yüklәyicilәri ilә tәchiz edilir. İlk E. 1845 ildә ABŞ-da (Dulut ş.) qurulmuşdur. Tәyinatından asılı olaraq müxtәlif qәbuledici vә hazırlayıcı (yük qәbul edilir, qarışıqlardan tәmizlәnir, qurudulur vә istehlakçıya göndәrilir); istehsal (istehsal müәssisәlәrinin yanında qurulur); baza (nәql. vasitәlәrindәn qәbul edilmiş yüklәrin uzun müddәt saxlanması üçün); yükboşaltma vә port (yüklәrin bir nәql. vasitәsindәn digәrinә boşaldılıb yüklәnmәsi üçün iri d.-y. st., dәniz portlarında qurulur) E.-ları olur. 4) İ s t i l i k   s i s t e m l ә r i n d ә  E. – mәrkәzi istilik şәbәkәsindәn daxil olan isti suyun yerli sistemdәn qayıdan su ilә qarışdığı aparat.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
DƏRMAN – CƏLİLOV